Ana səhifə—Xidmətlər

Daha Rahat Yaşayış üçün Ağıllı Xidmətlər

Digital Residence-də gündəlik həyatı daha rahat və əlverişli edən süni intellekt əsaslı xidmətləri, ağıllı ev texnologiyalarını və premium yaşayış imkanlarını kəşf edin.

[ XİDMƏTLƏR ]

Hər Detal Sizin Rahatlığınız üçün Düşünülüb

Digital Residence-də müasir texnologiyalar və düşünülmüş infrastruktur gündəlik həyatı asanlaşdırmaq üçün bir araya gəlir.

Ağıllı ev idarəetmə sistemləri, binaya rahat giriş, sakinlər üçün nəzərdə tutulmuş ümumi məkanlar və premium imkanlar daha komfortlu və müasir yaşayış mühiti yaradır.

Azərbaycanın süni intellektlə idarə olunan ilk yaşayış kompleksi olan Digital Residence Sea Breeze-də premium həyata yeni yanaşma təqdim edir. Burada innovativ həllər gündəlik həyatın ayrılmaz hissəsinə çevrilir.

Broşürü yükləyin

[ İMKANLAR ]

Premium Həyat Tərzini Tamamlayan İmkanlar

Sky Deck & Infinity Pool

Sky Deck & Infinity Pool

28-ci mərtəbədə yerləşən Infinity Pool, Sky Bar və panoramik restoran Xəzər dənizinin möhtəşəm mənzərəsi ilə birlikdə eksklüziv məkan yaradır.

SPA & Wellness

SPA & Wellness

SPA, qapalı hovuz və müasir fitness mərkəzi sağlam həyat tərzini dəstəkləyən rahat və balanslı mühit təqdim edir.

Resort Courtyard

Resort Courtyard

Açıq hovuzlar, yaşıllıq zonaları, istirahət məkanları və ailəvi vaxt keçirmək üçün nəzərdə tutulmuş geniş həyət konsepti.

Grand Lobby

Grand Lobby

İkiqat hündürlüklü atrium, premium interyer və AI Concierge ilə təchiz olunmuş Grand Lobby layihənin rəqəmsal və premium xarakterini ilk andan hiss etdirir.

Open-Air Lifestyle

Open-Air Lifestyle

Amfiteatr, Zen Garden, açıq hava coworking zonaları və workout sahələri gündəlik həyatınıza istirahət, sosiallaşma və məhsuldarlıq qatır.

IT Hub

IT Hub

45 sot ərazidə yerləşən şəxsi IT Hub texnologiya, biznes və innovasiya mühitini bir araya gətirərək layihənin unikal ekosistemini formalaşdırır.

[ XÜSUSİYYƏTLƏR ]

Resort Həyat Tərzinin Yeni Ünvanı

Digital Residence-də hər gün resort atmosferində yaşamaq üçün geniş yaşıllıq zonaları, açıq hovuzlar, istirahət məkanları, amfiteatr, uşaq meydançası və açıq hava coworking sahələri bir araya gətirilib. Hər detal gündəlik həyatınıza rahatlıq, sosiallaşma və balans qatmaq üçün layihələndirilib.

Courtyard

Yaşıllıq, gəzinti yolları və istirahət guşələri ilə zəngin qapalı həyət gündəlik rahatlıq və komfort üçün layihələndirilib.

[ 01 ]
Pool

Resort konseptli hovuzlar panoramik mənzərələr fonunda istirahət, rahatlıq və premium həyat tərzi üçün nəzərdə tutulub.

[ 02 ]
Amphitheatre

Açıq hava amfiteatrı tədbirlər, ailə görüşləri, konsertlər və sakinlərin bir araya gəlməsi üçün xüsusi layihələndirilib.

[ 03 ]
Kids Area

Uşaqlar üçün təhlükəsiz oyun zonaları aktiv istirahət, inkişaf və açıq havada keyfiyyətli vaxt keçirmək üçün yaradılıb.

[ 04 ]
Zen Garden

Sakit atmosferi, yaşıllığı və təbiəti ilə gündəlik istirahət və daxili harmoniya hissi yaradan xüsusi Zen bağı.

[ 05 ]
Open-Air Coworking

Məhsuldar iş, dəniz havası və rahat ünsiyyət üçün nəzərdə tutulmuş müasir açıq hava kovorkinq məkanı.

[ 06 ]

[ SMART HƏYAT ]

AI-Powered Yaşayışın Üstünlükləri

AI Concierge
/1
Feature [ 01 ]

AI Concierge

Süni intellekt əsaslı rəqəmsal köməkçi qarşılanma və sorğuların operativ cavablandırılması üçün nəzərdə tutulub.

Face ID & Keyless Entry
/2
Feature [ 02 ]

Face ID & Keyless Entry

Face ID və açarsız giriş sistemi təhlükəsizlik və rahatlığı gündəlik həyatın ayrılmaz hissəsinə çevirir.

Smart Home
/3
Feature [ 03 ]

Smart Home

İşıqlandırma, iqlim, giriş-çıxış və digər sistemləri vahid Smart Platform üzərindən idarə edin.

[ FAQ ]

Tez-tez verilən suallar

Mənzillər, satınalma imkanları və Digital Residence-də yaşayış haqqında suallarınıza qısa cavablar tapın.

Bütün tez-tez verilən suallara baxın

[ ƏLAQƏ ]

Konsultasiya üçün müraciət edin

Digital Residence haqqında ətraflı məlumat, qiymətlər, mənzil planları və ödəniş şərtləri üçün müraciət edin. Satış məsləhətçimiz qısa zamanda sizinlə əlaqə saxlayacaq.

Düyməni klikləməklə, işlənməsinə razılığınızı təsdiqləyirsiniz.